понедельник, 23 марта 2015 г.

QIZ QALASI


ABŞERON


QÜRURUMUZ-PAYTAXTIMIZ !


                                                     
Bakı — Azərbaycan Respublikasının paytaxtı; Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi; Xəzər dənizində ən böyük liman.
Şəhərin ərazi dairəsinin sahəsi – 2 130 km²-dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.
1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksiİçəri şəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər. 2015-ci ilin yanvarında isə Bakı şəhəri ABŞ-ın "New-York Times" qəzetinin dünyanın ən gəzməli şəhərləri siyahısında 51-ci yeri tutmuşdur.
Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var.. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.
Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 kilometr, ekvatora qədər olan məsafə isə 4440 kilometrdir

Adın etimologiyası

Bakı şəhərinin adının tarixi ilə bağlı bir çox versiyalar mövcuddu. Müxtəlif dövrlərdə müxtəlif səyyahlar və tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunmuşdu.
Ümumiyyətlə, Abşeron yarımadasında rast gəlinən adlar əsasən burda yaşayan tayfalar, əhali ilə bağlı olmuşdu. Massagetlərdən Maştağa, mərd tayfalarından Mərdəkan, türklərdən Türkan qəsəbələrinin adı formalaşmışdı. Bakı adına gəlincə isə, bu ad ilk dəfə V əsr Bizans müəlliflərinin əsərlərində rast gəlinmişdi. O, Skif padşahlığıdan Midiyaya gedən yolda "dəniz daşından partlayan" ərazi haqqda məlumat verirdi. VIII əsrin erməni tarixçisi Qevond Xəzər tayfaları ilə ərəblərin toqquşmasından məlumat verərkən Atşi-Baquan ərazisinin adını çəkir. Sara Aşurbəyli bu məlumata istinad edərək bildirir ki, "Atşi" sözü "atəş" sözündəndi. Söz isə "Baquanın atəşləri mənasını verir".
Bütün ehtimallara baxmayaraq, Bakı sözünün tarixi ilə reallığa ən yaxın olan variant fars dilindən yaranan "Badi Kubə" sözünün birləşməsindən yaranmasıdı. Fars dilindən tərcümədə "Küləklər şəhəri" mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər təsdiq edir.
Rus və Avropa səyyahlarının bir çoxlarının əsərlərində Bakı adı müxtəlif cür təqdim olunur. Məsələn, XVII əsrdə Qarrits Baca, Adam Oleari Bakuie kimi təqdim etmişdir.
İslam dini fəlsəfəsində Allahın 99 mübarək adının 96-cısının əl-Bakiy olması da məlumdur. On birinci imam Hz.Həsən Əsgərinin oğlu Hz.Mehdinin (Sahibi-Zaman) özəl adlarından biri də məhz Hz.Bakıyyətullahdır. Burada “Bakıy” etnonimi əlbəttə ki, əbədi mənasındadır. Bakı sözü ərəbcə “sonsuz”, “əbədi”, “qalan”, “fani olmayan”, “varlığı daim olan”, türkcə isə “toxunulmaz” və “müqəddəs” anlamını verir. Sanskritcə (qədim hind ədəbi dillərindən biri) “bhaqa” günəş anlamındadır. Avesta və qədim pəhləvi-iran-fars dillərində “baqa” və yaxud “baq” tanrı deməkdir. E.ə. VI əsr Bisütun mixi kitabəsində (İranın Həmədan şəhəri yaxınlığında Bisütun qayası üzərində İran şahı I Daranın (e.ə. 522-486) həkk etdiyi kitabə) də “Baqa” sözünə rast gəlinir.Azens.az saytının məlumatına görə, “Baqa” sözü günəş-od kimi tərcümə edilərək dolayısı ilə “Boq” sözünü formalaşdırmış və bu etnonim rus dilinə belə keçmişdir. “Bhaqavad Qita” – Veda müdrikliyinin məğzi olan dünyanın transindental ruhi və fəlsəfi klassikasının ən məşhur əsərlərindən biridir. Sözün kökü “bhaqa” – “günəş” və ya “Tanrı” deməkdir. Demək “Bhaqa”, “baqa”, “baq” sözləri – əsrlər boyu dəyişmiş, Günəş, Tanrı və ya od, alov, atəş anlamını verərək formalaşmışdır. Bəzi mənbələrdə bu etnonim Tanrı-Allah kimi də verilir. Nəhayət, belə nəticəyə gəlmək olar ki, bu ərazidə çox qədimlərdə torpaqdan çıxan qaz və neft yanıb od-atəş halında göründüyü üçün adıçəkilən etnonimlər assimilyasiyasına uğramış, burada yaşayan xalq “baq”, “baqa”, ərazi isə “Baqavan”, “Bakuyə”, “Baku”, “Baki” və Bakı kimi formalaşmışdır. Toponim “Allah şəhəri”, “Allah yeri” və ya “Günəş (atəş) şəhəri”, “Günəş (atəş) yeri” mənasını daşıyır.

Tarix

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, ŞüvəlanMərdəkanBinəqədi,SuraxanıƏmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.bu da tərcümədə küləklər şəhrəri anlamına gəlir.
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, SlavyanBizansÇinİraqSuriyaGenuyaVenesiyaİran,Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunub.
IX əsrin II yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitanmüvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
XIII əsrin 30-cu illərində monqollar Bakıya hücum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artması ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya vəXəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir.
Şirvanşah I Xəlilullahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.

Bakıdakı qədim binalardan biri. " Səadət sarayı "
Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatriçası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisianov öldürüldü. 1806-cı il 6 oktyabrda Bakı xanlığı Rusiyaya birləşdirildi.1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.
Bu dövrdə Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847-ci ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasına təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1864-cü ildə Balaxanı neft mədənlərində kəndlilərin məcburi əməyi ləğv edildi. Neft məhsullarına tələbatın artması Bakıda neft emalı sənayesinin meydana gəlməsinə səbəb oldu. 1859-cu ildə Suraxanıda rus kapitalistləri Kokorev və Qubonin neft emal edən iri zavod inşa etdilər. Bununla da ilk dəfə ağ neftin sənaye üsulu ilə istehsalına başlandı. 1861-ci ildə Pirallahı adasında Tiflis əczaçısı Vitte parafin zavodunu işə saldı. Bu zavodda neftdən parafin, parafin şamı və parafin yağı istehsal edilirdi. İş adamı Cavad Məlikov öz layihəsi əsasında 1863-cü ildə ağ neft zavodunu inşa etdirdi. 1871-ci ildə buruqla ilk neft quyusu qazılıb istifadəyə verildi. 1873-cü ildə Balaxanıda ilk dəfə vuran neft fontanı neft sənayesinə olan marağı xeyli artırdı. 1878-ci ildə isə Bibiheybətdə qazılan neft quyusu fontan vurdu. H.Z.Tağıyevin, Zubovun buradakı az tanınan mədənləri böyük müəssisələrə çevrildi. 1879-cu ildə Bakıda 9 qazma buruğu vardısa, 1900-cü ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasına çıxdı. Neft sənayesi ilə yanaşı Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi.[6] Hələ XIX əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi. 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolu işə salındı. 1899-cu ildə Bakıda ilk konka işləməyə başladı